04 fevral 2026 15:04
121

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlasa da...

ABŞ hakimiyyəti Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketini hazırlayıb, lakin indiyədək onların tətbiqinə dair heç bir əlamət görünmür.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, əlavə sanksiyalar paketi artıq hazırlanıb, lakin hazırda onun reallaşdırılması barədə qərar verilməyib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna lideri Vladimir Zelenski bildirib ki, ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyalar planı mövcuddur.

Ekspertlər qeyd edirlər ki, bu paket hazırda diplomatik və strateji addım kimi nəzərdən keçirilir və onun tətbiqi ABŞ-ın geosiyasi və iqtisadi prioritetlərinə görə müəyyənləşəcək.