04 fevral 2026 14:48
138

Ermənistanın yeni konstitusiyası idarəetmə formasının dəyişdirilməsini nəzərdə tutmur

Layihəsi 2026-cı ilin martında hazır olacaq Ermənistanın yeni konstitusiyası idarəetmə formasının dəyişdirilməsini nəzərdə tutmur.

“İki sahil” Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə ədliyyə naziri Srbui Qalyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkə parlamentli respublika olaraq qalacaq: "İdarəetmə formasını dəyişdirməmək barədə qərar qəbul edilib, yəni biz parlament idarəetmə formasına malik ölkə kimi qalmağa davam edəcəyik".