04 fevral 2026 14:43
107

BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

Bakı Dövlət Universitetinin (BDU) rektoru səfər proqramı çərçivəsində Vyana şəhərində Azərbaycan Respublikasının Avstriya Respublikasında və Sloveniyada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüş zamanı Avstriya və Sloveniya universitetləri ilə BDU arasında ali təhsil, elmi-tədqiqat və akademik mübadilə sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Bununla yanaşı, Vyanada fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarla birgə elmi və institusional layihələrin həyata keçirilməsi, universitetlərarası tərəfdaşlıqların qurulması və BDU-nun beynəlxalq elmi platformalarda təmsilçiliyinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.