04 fevral 2026 13:02
208

Milli Məclisin deputatı  Səbinə Xasayeva seçicilərlə görüş keçirib

Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi  rayonunun Xocəsən qəsəbəsində seçicilərlə  görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Görüşdə Binəqədi rayon icra hakimiyyəti  başçisinin Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ramiz Həsənzadə və Binəqədi rayon  Xocəsən  bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.