04 fevral 2026 10:29
104

Azərbaycanda yanvarda 3 754 şəxsə pensiya təyin edilib

Bu ilin yanvar ayında Azərbaycanda 3 min 754 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

“İki sahil” xəbər verir ki, bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata əsasən, əmək pensiyası təyin olunan şəxslərin 63,43 %-ni kişilər, 36,57 %-ni isə qadınlar təşkil edib.