Azərbaycan və İsrail arasında süni intellekt sahəsində əməkdaşlığa dair memorandum iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmlənmə dərəcəsini nümayiş etdirir.
“İki sahil” xəbər verir ki, “İki sahil” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Ronen Kraus "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Dünən tarixi memorandumun imzalanması ilə yadda qalan gün olub. Süni intellekt Azərbaycan və İsrail arasında inkişaf edən və möhkəmlənən əlaqələrin güclü simvoludur", - səfir yazıb.
Qeyd edək ki, dünən Azərbaycan və İsrail süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb. Mərasim İsrailin Baş naziri Binyamin Netanyahunun iştirakı ilə baş tutub. Sənədi İsrailin Süni İntellekt üzrə Milli Qərargahın komandiri, briqada generalı Erez Eskel və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var - TƏHLİL
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
YAP VIII Qurultayı: Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin yeni mərhələsi
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA