ABŞ administrasiyası Omanda İran nümayəndələri ilə danışıqlar aparmağa razılıq verib və məsləhətləşmələrin fevralın 6-da keçirilməsi gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə Amerikanın "Axios" internet portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində yazıb.
Ərəb dövlətlərindən birindəki mənbəsinin sözlərinə görə, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların cümə günü Omanda keçirilməsi gözlənilir.
Belə ki, ABŞ prezidenti Donald Trampın administrasiyası İran tərəfinin danışıqların Türkiyədə olmaması barə xahişinə razılıq verib. Jurnalistin əlavə etdiyi kimi, ərəb və müsəlman dövlətlərinin Omandakı danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı məsləhətləşmələr hələ də davam edir.
Finlandiya Rusiya ilə sərhədində 200 kilometr uzunluğunda hasarın tikintisini başa çatdırıb
Kuba ABŞ sanksiyalarından bir ildə 8,83 milyard dollardan çox zərər çəkdiyini açıqlayıb
Zelenski: ABŞ hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır