Ağ Evdə ABŞ və Kolumbiya Prezidentləri Donald Tramp və Qustavo Petro arasında mətbuata qapalı formatda danışıqlar keçirilir.
“İki sahil” xəbər verir ki, görüş yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayıb.
Kolumbiya Prezidentinin avtomobilinin Ağ Evə əsas girişdən daxil olmadığı bildirilib. Belə ki, Qustavo Petro rəsmi qaydada qarşılanmayıb.
Daha əvvəl Kolumbiya lideri amerikalı həmkarı ilə fevralın 3-də görüşəcəyini anons edərək bildirmişdi ki, ölkə rəhbərliyi ictimai sükutu qorumağa və Trampın ritorikasının Kolumbiya əhalisi üçün mənfi nəticələrinə yol verməməyə çalışır.
Yanvarın əvvəlində Venesuela Prezidenti Nikolas Maduronun qaçırılmasından sonra Tramp istisna etməyib ki, ABŞ ordusunun növbəti hədəfi Kolumbiya ola bilər. O, Petronu kokain istehsalını təşviq etməkdə ittiham edib.
Finlandiya Rusiya ilə sərhədində 200 kilometr uzunluğunda hasarın tikintisini başa çatdırıb
Kuba ABŞ sanksiyalarından bir ildə 8,83 milyard dollardan çox zərər çəkdiyini açıqlayıb
Zelenski: ABŞ hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır