Ukraynada Rusiyanın hava zərbələri və sərt şaxtalar nəticəsində yaranan enerji böhranı fonunda Azərbaycanın humanitar yardımı və dəstəyi davam edir.
“İki sahil” xəbər verir ki, bu missiya çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin "SOCAR Energy Ukraine"nin Kiyev vilayətindəki yanacaq doldurma məntəqələrində sakinlərə dəstək nöqtələri yaradılıb.
Belə ki, işıq və istilik çatışmazlığından əziyyət çəkən Kiyev sakinləri burada fasiləsiz enerji, istilik və yüngül qidalar ilə ödənişsiz təmin olunurlar.
SOCAR Ukraynanın digər vilayətlərindəki bütün obyektlərində də bu kimi nöqtələri tezliklə istifadəyə verməyi planlaşdırır. Bunlar ümumi olaraq dözümlülük məntəqələri adlandırılır. Buna səbəb Kiyev başda olmaqla Ukraynanın əksər vilayətlərində sərt şaxtalar fonunda kəskin enerji və istilik çatışmazlığı səbəbindən həyatın dözülməz vəziyyətdə olmasıdır.
Qeyd edək ki, Rusiya ordusunun kütləvi hava zərbələri nəticələri Ukraynanın enerji infrastrukturu daha da çöküb. Hazırda Kiyevdə havanın temperaturu mənfi 20 dərəcədir. (Report)
Finlandiya Rusiya ilə sərhədində 200 kilometr uzunluğunda hasarın tikintisini başa çatdırıb
Kuba ABŞ sanksiyalarından bir ildə 8,83 milyard dollardan çox zərər çəkdiyini açıqlayıb
Zelenski: ABŞ hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır