Türkiyə İran və Birləşmiş Ştatlar arasında fikir ayrılıqlarının həllində vasitəçi rolunu öz öhdəsinə götürməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu "Asharq Al-Awsat" qəzetinə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Biz bütün platformalarda İrana qarşı hər hansı hərbi addımların qəbuledilməzliyini ifadə etmişik", - o qeyd edib.
Türkiyə Prezidenti fevralın 3-də Səudiyyə Ərəbistanına rəsmi səfər edib. O, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.
Finlandiya Rusiya ilə sərhədində 200 kilometr uzunluğunda hasarın tikintisini başa çatdırıb
Kuba ABŞ sanksiyalarından bir ildə 8,83 milyard dollardan çox zərər çəkdiyini açıqlayıb
Zelenski: ABŞ hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır