“Azərbaycandan idxal edilən benzinin Ermənistanda qiymətlərə təsiri yanvar ayının inflyasiya göstəricilərində görünəcək”.
“İki sahil” xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə görüşdə Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan “Sputnik Armenia”nın “Qonşu ölkələrdən malların idxalı və sərhədlərin açılması qiymətlərə necə təsir edə bilər?” sualını cavablandırarkən bildirib.
Qalstyan cavabında deyib ki, hələlik bununla bağlı ətraflı təhlilləri yoxdur, çünki bu cür məhsulların həcmi kifayət qədər az və məhduddur.
“Ola bilsin ki, benzinin idxalı nəticəsində müəyyən təsirləri görəcəyik, lakin düşünürəm ki, bu təsirlər əhəmiyyətli olmayacaq”, - deyə Ermənistan Mərkəzi Bankının sədri vurğulayıb.
Onun sözlərinə görə, əgər sərhədlər açıq olarsa, malların və xidmətlərin idxal və ixrac baxımından sərbəst hərəkəti təmin edilərsə, bu, ölkə üçün müsbət təsir göstərəcək.
Finlandiya Rusiya ilə sərhədində 200 kilometr uzunluğunda hasarın tikintisini başa çatdırıb
Kuba ABŞ sanksiyalarından bir ildə 8,83 milyard dollardan çox zərər çəkdiyini açıqlayıb
Zelenski: ABŞ hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır