Azərbaycanda yaxın vaxtlarda rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) "İnformasiya Təhlükəsizliyi Testləri" laboratoriyasının açılışında bildirib.
Onun sözlərinə görə, DTX rəqəmsal sübutların tanınması ilə bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təşəbbüs irəli sürüb: "Sənəd Milli Məclisə baxılması üçün təqdim olunub. İnanırıq ki, mətbuatdan da izlədiyiniz kimi bütün cinayətlərin texniki izlərinin həm aparat təminatlarında, avadanlıqlarda, eyni zamanda proqramlarda, şəbəkələrdə, bulud texnologiyalarında izlənməsi və onların hüquqi statusu artıq təmin olunacaq".
D. Rüstəmov qeyd edib ki, son dövrlər texnologiya çox dinamik sürət götürüb: "Süni intellektin də rəqəmsal mühitə töhfələri həddindən artıq yüksəkdir. Hər gün biz kontentlərin həm təhrifini, həm də avtomatlaşdırılmasındakı sürətləri, yəni bir neçə, bəlkə də illərə başa gələcək hesablama nəticələrini bir saniyədə, bir dəqiqələrdə əldə edə biləcəyimizi görürük".
DTX rəsmisi yeni yaradılan laboratoriyada yaxın vaxtlarda Azərbaycanda istehsal olunan proqram təminatlarının, eləcə də aparat təminatlarının testlərinin keçiriləcəyinə, zəiflik və boşluqların aşkar ediləcətinə ümidini ifadə edib: "Burada o qədər sürətli tədqiqatlar aparmalıyıq ki, bizim rəqəmsal inkişaf tendensiyasını izləmək mümkün olsun".
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var - TƏHLİL
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
YAP VIII Qurultayı: Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin yeni mərhələsi
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA