İspaniya nəhəngi "Barselona" heyətini gənc futbolçu ilə gücləndirib.
“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 18 yaşlı hücumçu Həmzə Əbdülkərimi transfer edib.
Bu keçid klub tarixi üçün əlamətdar olub. Belə ki, futbolçu "Barselona" tarixində forma geyinəcək ilk misirli futbolçu kimi adını tarixə yazdırıb.
Müqaviləyə əsasən, gənc forvard satınalma şərti ilə icarəyə götürülüb. O, ilkin mərhələdə "Barselona"nın gənclər komandasında çıxış edəcək.
Qeyd edək ki, Həmzə daha əvvəl Misirin gənclərdən ibarət yığmasında, xüsusilə dünya çempionatındakı uğurlu performansı ilə diqqət çəkib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir