"Ayntraxt"ın yeni baş məşqçisi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Frankfurt təmsilçisini Albert Riera çalışdıracaq. 43 yaşlı mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. Albert Rieranın son klubu "Selye" olub. O, komanda ilə Sloveniya kubokunu qazanmağı bacarıb. "Ayntraxt" Almaniya Bundesliqasının turnir cədvəlində 19 oyundan 27 xalla 8-ci yerdədir.
Qeyd edək ki, Riera bu vəzifədə Dino Topmölleri əvəzləyib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir