Pakistan Baş nazirinin müavini - xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı X.Xələfov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) Azərbaycanın sədrliyi çərçivəsində həyata keçirilən və planlaşdırılan təşəbbüslər barədə məlumat verib.
M. İshaq Dar Pakistanın CICA-da Azərbaycanın liderlik roluna, eləcə də regional əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş səylərinə tam dəstək verdiyini bir daha vurğulayıb.
Tərəflər həmçinin iki qardaş ölkə arasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
YAP və ÇKP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib