29 yanvar 2026 12:50
155

İmişlidə məktəb direktorunun şagirdi vurması ilə bağlı iddialar araşdırılır

İmişlidə məktəb direktorunun şagirdi vurması ilə bağlı iddialar araşdırılır.

“İki sahil” xəbər verir ki,  bu barədə Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, sosial mediada yayılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma başlayıb:

"Məsələ nəzarətə götürülüb, şagirdi vuran şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi yoxlanılır".