29 yanvar 2026 01:27
131

İmişli sakini Bakıda dəm qazından boğulub

İmişli sakini bədbəxt hadisənin qurbanı olub.

Hadisə Bakı şəhərində qeydə alınıb.

Belə ki, 26 yaşlı Məmiyev Ramazan Rafiq oğlu dəm qazının qurbanı olub.

Məlumata görə, mərhum Qazaxıstanda işləyirmiş. O, 10 gün öncə sənədlərini düzəltdirmək üçün Azərbaycana gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

"Report"