28 yanvar 2026 13:38
141

Böyük Britaniyanın Azərbaycandakı səfiri “Qarabağ”ın oyununu canlı izləyəcək

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld UEFA Çempionlar Liqasının liqa mərhələsinin sonuncu – VIII turunda keçiriləcək “Liverpul” – “Qarabağ” oyununu staiondan canlı izləyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə səfir özü məlumat yayıb. O, “Enfild” stadionundakı görüşü izləyəcəyi üçün həyəcanlı olduğunu bildirib.

Qeyd edək ki, yanvarın 28-dən 29-na keçən gecə oynanılacaq “Liverpul” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.