Misli Premyer Liqasının 17-ci turunda "Qarabağ" "Kəpəz"lə qarşılaşıb.
“İki sahil” yazır ki, oyunun 24-cü dəqiqəsində Ryonosuke Ohori hesabı açıb. 55-ci dəqiqədə isə Ehtiram Şahverdiyev gəncəlilərin üstünlüyünü iki topa yüksəldib.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
17-ci tur
24 yanvar (şənbə)
16:30. “Qarabağ” 0–2 “Kəpəz”
Qollar: Ryonosuke Ohori, 24, Ehtiram Şahverdiyev, 55
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Pərvin Talıbov
“Azersun Arena”
Məhərrəm Ağalaroğlu, “İki sahil”