23 yanvar 2026 19:31
119

Avtomobil qəzası zamanı 8 kiloqram qızıl itib

Türkiyədə avtomobil qəzası zamanı 8 kiloqram qızıl itib.

İki sahil” yerli mətbuata istinadla yazır ki, hadisə Bursanın Karacabey rayonu yaxınlığında baş verib.

Məlumata görə, qızıl daşıyan zirehli maşının iştirakı ilə baş verən qəzada 8 kiloqram qızılın itməsi ilə bağlı şirkət açıqlama yayıb. Qeyd edilib ki, hadisədə heç bir təxribat və ya qəsd olmayıb: “İtən qızılın axtarış işləri təhlükəsizlik qüvvələri ilə koordinasiyalı şəkildə davam edir.”

"Bu hadisədə heç bir təxribat, qəsd və ya pis niyyət olmayıb. Qəzada iştirak edən nəqliyyat vasitəsində çalışan personalın hamısı şirkətimizin etibarlı və təcrübəli işçiləridir. Personalımızın sağlamlığı və təhlükəsizliyi şirkətimiz üçün hər şeydən vacibdir. Personalımızın bu bədbəxt qəzada yalnız yüngül xəsarətlərlə xilas olması bizim üçün ən böyük təsəllidir. Qəza sonrası yoxlamalar nəticəsində məlum olub ki, nəqliyyat vasitəsində daşınan 11 kiloqramlıq qızıl külçələrin bəziləri qəzanın təsiri nəticəsində nəqliyyat vasitəsinin içərisində müxtəlif yerlərə səpələnib. İtmiş külçələrin axtarışı həm qəzaya uğramış nəqliyyat vasitəsinin içərisində, həm də qəza yerində təhlükəsizlik qüvvələri ilə əlaqələndirilərək diqqətlə aparılır. Əminik ki, bu külçələr tapılacaq. Proses bütün müvafiq qurumlarla əməkdaşlıq şəraitində şəffaf və nəzarətli şəkildə həyata keçirilir və inkişaflar ictimaiyyətlə paylaşılacaq."

Məhərrəm Ağalaroğlu, “İki sahil”