22 yanvar 2026 10:56
206

Azərbaycanlı rəssamın əsəri ABŞ-da birinci yerə layiq görülüb

ABŞ-da yaşayan və fəaliyyət göstərən azərbaycanlı rəssam Vüqar Quliyevin əsəri Vaşinqtonda təşkil olunmuş rəsm sərgisində birinci yerə layiq görülüb.

“İki sahil” xəbər verir ki, Hill Mərkəzi tərəfindən təşkil olunmuş nüfuzlu 2026 Regional Münsiflər Sərgisində Virciniya və Merilən ştatlarından və paytaxt Vaşinqtondan 800 rəsm əsəri müsabiqəyə təqdim olunub. 124 sənət əsəri seçilərək sərgiyə çıxarılıb və aralarından azərbaycanlı rəssamın yağlı boya ilə çəkdiyi “Astral drift” əsəri birinci yerə layiq görülüb.

Sözügedən sərgidə Vüqar Quliyevə birinci yerə layiq görülməsi ilə bağlı sertifikat və mükafat təqdim olunub.

Seçilmiş əsərlər mayın 3-nə kimi “Old Naval Hospital”da sərgilənəcək.