21 yanvar 2026 11:58
133

Mərkəzi Asiyada ilk süni intellekt qanunu Qazaxıstanda qüvvəyə minib

Mərkəzi Asiyada ilk "Süni İntellekt Haqqında" qanun Qazaxıstanda qüvvəyə minib.

“İki sahil” xəbər verir ki, yeni qayda, digər məsələlərlə yanaşı, süni intellekt (Sİ) sistemlərinin sahiblərinin bütün yaradılan məzmunu - şəkilləri, videoları, səs yazılarını, mətnləri və digər məlumatları nişanlamalarını tələb edir.

Qanun həmçinin Qazaxıstanda müəyyən neyron şəbəkələrinin fəaliyyətini qadağan edir və müəllif hüquqları məsələlərini tənzimləyir.