Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda qarşı-qarşıya gələn "Bodo Qlimt" - "Mançester Siti" matçı İngiltərə klubu üçün əlamətdar hadisə ilə yadda qalıb.
“İki sahil” xəbər verir ki, "Opta Sport"un məlumatına görə, "şəhərlilər" bu matça turnir tarixindəki ən gənc start heyəti ilə çıxıblar. Meydana çıxan futbolçuların orta yaş həddi 24 il 84 gün təşkil edib.
Baş məşqçinin seçdiyi tarixi "11-lik" aşağıdakı kimidir:
Donnarumma (26 yaş), Lüis (21 yaş), Xusanov (21 yaş), Alleyn (20 yaş), Ait-Nuri (24 yaş), Rodri (29 yaş), Reynders (27 yaş), O'Rayli (20 yaş), Foden (25 yaş), Şerki (22 yaş), Haaland (25 yaş).
Qeyd edək ki, hazırda "Mançester Siti" 13 xalla Çempionlar Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB