Portuqaliya millisinin baş məşqçisi Roberto Martines komandanın ulduz futbolçusu Kriştiano Ronaldo ilə bağlı diqqətçəkən açıqlama verib.
“İki sahil” xəbər verir ki, "ESPN"in məlumatına görə, təcrübəli mütəxəssis komandanın mənafeyi üçün ehtiyac olarsa, ulduz futbolçunu heyətdən kənarda saxlamağa hazır olduğunu bildirib.
R.Martines mövzu ilə bağlı bunları deyib:
"Bu, işimin bir hissəsidir. Artıq üç ildir ki, bu vəzifədəyəm. Əsas məsələ komandanın qalib gəlməsi və rəqibdən daha güclü olmasıdır. Bu, mənim və məşqçilər korpusunun məsuliyyətidir. Çətin qərarlar qəbul etmək işimizin bir parçasıdır".
Qeyd edək ki, Kriştiano Ronaldo Portuqaliya yığmasının heyətində indiyədək 226 oyun keçirib. Ulduz hücumçu bu görüşlərdə 143 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Portuqaliya millisi gələn yay keçiriləcək Dünya Çempionatında mübarizə aparacaq.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB