Dünən axşam saatlarından etibarən yağan qar Cəlilabad–Yardımlı avtomobil yolunda nəqliyyatın hərəkətini çətinləşdirib, dağlıq ərazilərdə isə yolun tam bağlanmasına səbəb olub. Güclü qar yağışı, eyni zamanda rayonun elektrik təsərrüfatına da ciddi ziyan vurub.
“İki sahil” xəbər verir ki, yolun bəzi hissələri qar örtüyündən təmizlənsə də, hazırda yalnız rayon mərkəzinə yaxın ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti mümkündür. Dağlıq ərazilərdə isə avtomobillərin hərəkətinə məhdudiyyətlər qalmaqdadır.
Qar kəndlərarası və kənddaxili elektrik xətlərinin bir hissəsinin qırılmasına səbəb olub. Nəticədə rayonun 50-dən çox kəndində elektrik enerjisinin verilişi dayandırılıb.
Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində ərazi üzrə bərpa işləri davam etdirilir. Elektrik təsərrüfatının normal fəaliyyətinin bərpası üçün aidiyyəti qurumların əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Hazırda bölgədə qarlı hava şəraiti davam edir.
X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq
Vüsal Nəsirli sentyabrın 25-də Hacıqabul rayonu və Şirvan şəhərinin sakinlərini qəbul edəcək
Avropa Komissiyası Ukraynanın baş prokuroru ilə bağlı vəziyyəti şərh etməkdən imtina edib