Güclü qara baxmayaraq, "Azərişıq" ASC Cəlilabadda elektrik enerjisinin bərpasını davam etdirir.
ASC-dən “İki sahil”ə verilən məlumata görə, qar Cəlilabad rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində çətinliklər yaradıb.
Külək və qar xətlərdə qəzalara səbəb olub. Qar bağlayan yollarda nəqliyyatla hərəkət etmək, kəndlərə gediş-gəliş çətinləşib. Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq "Azərişıq" ASC-nin əməkdaşları bir neçə gündür həm Cəlilabadda, həm də güclü qar yağan digər rayonlarda baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz işləyir. Artıq bir sıra ərazilərdə enerjinin verilişi təmin olunub.
Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.
X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq
Vüsal Nəsirli sentyabrın 25-də Hacıqabul rayonu və Şirvan şəhərinin sakinlərini qəbul edəcək
Avropa Komissiyası Ukraynanın baş prokuroru ilə bağlı vəziyyəti şərh etməkdən imtina edib