Əgər regional nailiyyətlərimiz olmasa, istədiklərimizə nail olmasaq, qlobal töhfələr mümkün olmayacaq. Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı bildirib.
“Mən inanıram ki, həm Türkiyə ilə Ermənistan, eləcə də Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər də paralel olaraq eyni vaxtda bərqərar olacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb
Prezident “BlackRock”un baş icraçı direktorunu və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb
Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edib