"Fənərbaxça" klubu maliyyə müstəqilliyi yolunda mühüm addım atıb.
“İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb. Belə ki, İstanbul təmsilçisi Banklar Birliyi ilə saziş çərçivəsində olan 69 milyon avroluq borcunu tamamilə ödəyərək anlaşmadan rəsmən ayrılıb.
Klubun yaydığı rəsmi açıqlamada deyilir:
"Klubumuz Banklar Birliyi çərçivəsindəki borclarını bu gün etibarilə tamamilə bağlayıb və qurumdan ayrılıb. Bu addım klubumuzun maliyyə müstəqilliyi və dayanıqlı gələcəyi naminə önəmli bir mərhələnin geridə qoyulduğunu göstərir. Prosesdə əməyi keçən hər kəsə təşəkkür edir, camiəmizə xeyirli olmasını diləyirik".
Xatırladaq ki, Banklar Birliyi ilə imzalanan saziş Türkiyə klublarının maliyyə idarəçiliyini nəzarətdə saxlayırdı və "Fənərbaxça" rəhbərliyi uzun müddətdir ki, bu anlaşmadan çıxaraq tam maliyyə sərbəstliyi əldə etməyi hədəfləyirdi.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB