20 yanvar 2026 18:41
144

ADSEA-nın kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

ADSEA-dan “İki sahil”ə verilən məlumata görə, 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın azadlığı uğrunda canından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb. 

Allah şəhidlərimizə rəhmət eləsin!