Quba rayonunda da 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb.
"İki sahil"in Şimal bürosu bildirir ki, 20 Yanvar şəhidlərinin əziz xatirəsi rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilib.
Quba şəhərində yerləşən "Şəhidlər xiyabanı"nda din xadimləri tərəfindən şəhidlərin əziz xatirəsinə Qurani-Şərifdən ayələr oxunub.
Daha sonra ziyarətçilər şəhidlərinin məzarını ziyarət edərək, məzarları üzərinə tər çiçəklər düzüblər.
Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Quba rayonundan olan 20 Yanvar şəhidləri Rahib Hüseynovun və Elçin Qeybullayev məzarları Quba şəhər qəbristanlığında və Küçeyi kəndində ziyarət olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Aydın Adıgözəlov, Quba,
"İki sahil"in Şimal bürosundan
İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb