“Qarabağ” qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etməyi düşünür.
“İki sahil” xəbər verir ki, bu barədə “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
"Heyətimizə yeni oyunçu transfer etmək ehtimalı var. Amma bu barədə dəqiq məlumat yoxdur", - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar