"Mançester Yunayted" heyətini gücləndirmək məqsədilə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən Ruben Neveşi transfer siyahısına daxil edib.
“İki sahil” xəbər verir ki, jurnalist Ekrem Konur bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. Xəbərdə qeyd olunur ki, İngiltərə nəhəngi portuqaliyalı yarımmüdafiəçinin keçidi üçün "Əl-Hilal"a 23 milyon avro məbləğində rəsmi təklif göndərib. Klub rəhbərliyi bu təklifin qəbul olunacağına ümid bəsləyir.
Bildirilir ki, tərəflər razılığa gəldiyi halda, "Mançester Yunayted" futbolçunun özü ilə şəxsi müqavilə şərtləri üzrə danışıqlara start verəcək. Bununla belə, Ruben Neveş hazırda Səudiyyə Ərəbistanında qalmaqdan məmnundur və mümkün transferdə əsas rol oynayan məqam maliyyə detallarıdır.
Qeyd edək ki, yarımmüdafiəçinin "Əl-Hilal"la müqaviləsi 2026-cı ilin iyun ayınadək qüvvədədir. Neveş cari mövsümdə bütün turnirlər üzrə 21 matçda forma geyinib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 25 milyon avro olaraq göstərir.
Ayxan Abbasov sentyabrın 18-i və ya 19-na kimi millinin heyətinin tam bəlli olacağını bildirib
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar