Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 20 Yanvar faciəsinin qurbanlarını yad edib.
“İki sahil” xəbər verir ki, nazir faciənin 36-cı ildönümü ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
"20 Yanvar - Ümumxalq Hüzn Günü xalqımızın azadlıq iradəsinin, milli ləyaqətinin və dövlətçilik əzminin parlaq təzahürüdür. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm. Şəhidlərimizin xatirəsi qəlbimizdə daim yaşayacaq", - nazir qeyd edib.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib