19 yanvar 2026 20:22
113

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Cəlilabad rayonunun Maşlıq kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki,  “QazEl” markalı yük avtomobili Maşlıq kənd sakini, 1964-cü il təvəllüdlü İmanov Şirxan Rəşid oğlunu vurub. Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbi və yük avtomobilinin sürücüsünün kimliyi dəqiqləşdirilir.