19 yanvar 2026 19:51
86

Salyanda yol qəzası olub

Salyan rayonu ərazisində yük maşını və minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.