Yanvarın 19-da Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbində YAP Kürdəmir rayon təşkilatının “Nizami küçəsi 4” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və partiya üzvləri iştirak edib.
“İki sahil” xəbər verir ki, əvvəlcə məktəbin giriş zalında təşkil edilən 20 Yanvar foto sərgisinə baxış oldu. Daha sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatırəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbinin direktoru, “Nizami küçəsi 4” ərazi partiya təşkilatının sədri Vüqar Nəsirov ərazi partiya təşkilatının ötən dövr ərzində fəaliyyəti barədə geniş məlumat verdi. Daha sonra bildirib ki, Yeni Azərbaycan Partiyası gənclərin təhsilə cəlb olunması, onların ictimai-siyasi fəallığının artırılması və intellektual potensialının üzə çıxarılması məqsədilə müxtəlif proqram və təşəbbüsləri təşviq edir. Təhsil alan gənclərin milli dəyərlərə sadiq, dövlətçiliyə bağlı kadrlar kimi formalaşması YAP-ın əsas ideoloji məqsədlərindən biridir. Bu baxımdan təhsil və partiya siyasəti bir-birini tamamlayaraq Azərbaycanın gələcək inkişafına xidmət edir.
Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbinin müəllimi Tural Nuhiyev bildiridi ki, 20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində qanla yazılmış, eyni zamanda milli iradənin və azadlıq ruhunun təcəssüm olunduğu gündür. Sovet ordusunun Bakıda və respublikanın bir sıra bölgələrində dinc əhaliyə qarşı törətdiyi qətliam nəticəsində yüzlərlə günahsız insan həlak olmuşdur. Bu faciə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi olmuşdur. 20 Yanvar şəhidlərinin xatirəsi bu gün də xalqımızın yaddaşında əbədi yaşayır. Onların göstərdiyi qəhrəmanlıq müasir müstəqil Azərbaycanın təməlində dayanır və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir
Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvləri İlhamə Balayeva, Lalə Nəsirova, ,Gülşən Mehdiyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə son 22 ildə Azərbaycanın böyük və şərəfli inkişaf yolundan, möhtəşəm tarixi zəfərlər və uğurlar qazanmasından, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsindən, Azərbaycanın regionda güc mərkəzinə çevrilməsindən bəhs etdilər. Yığıncaqda ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib.
Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının əsas məqsədi müstəqil Azərbaycan dövlətçiliyini qorumaq, sabitliyi təmin etmək və ölkənin davamlı inkişafına nail olmaq olmuşdur. Bu siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti, partiyanın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirmiş, sosial rifahın yüksəlməsinə xidmət etmişdir. Yeni Azərbaycan Partiyası hər zaman xalqla birgə olmuş, gənclərin, ziyalıların və bütün vətəndaşların potensialını ölkənin inkişafına yönəltmişdir. Partiyanın fəaliyyəti milli maraqlara, azərbaycançılıq ideologiyasına və güclü dövlət quruculuğuna əsaslanır.
Çıxışlardan sonra səsvermə nəticəsində ərazi partiya təşkilatının sədri Vüqar Nəsirov, sədr müavini isə İlhamə Balayeva seçildi. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini bəyan ediblər. “Nizami küçəsi 4” ərazi partiya təşkilatının hesabatı və fəaliyyəti YAP Kürdəmir rayon təşkilatı tərəfindən qənaətbəxş hesab edilib. E.Qafarov yeni seçilmiş sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.
AMEA –da “Qəhrəmanlığın və qalibiyyətin qan yaddaşı” adlı anım tədbiri keçirilib