Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Malayziyaya səfər edib.
“İki sahil” xəbər verir ki, Bb barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nazir Kəmaləddin Heydərov Malayziya Mülki Müdafiə Qüvvələrinin baş komissarı Məhəmməd Abidin Abd Rəhman ilə görüşüb.
Görüşdə iqlim dəyişikliyi, təbii fəlakətlərin intensivləşməsi və texnogen qəzalar fonunda fövqəladə halların idarə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinin daha da artdığı vurğulanıb.
Qeyd olunub ki, iki ölkə arasında dostluq və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası ilə Malayziyanın fövqəladə hallarla mübarizə üzrə məsul qurumları arasında fəlakətlərin və böhranların idarə edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, birgə təlim və ixtisasartırma proqramlarının həyata keçirilməsi qarşılıqlı faydalıdır. Bu kontekstdə hazırki səfərin və aparılan müzakirələrin əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib