Türkiyənin məşhur "MaNga” qrupu Xalq artisti Alim Qasımovla bağlı açıqlaması ilə diqqət çəkib.
“İki sahil” xəbər verir ki, "MaNga" qrupunun aparıcı solisti Ferman Akgül Bakı konsertindən əvvəl jurnalistlərə açıqlamasında Alim Qasımovla duet oxumaq istədiklərini deyib.
Məsələ münasibət bildirən Alim Qasımov isə təklifə müsbət yanaşdığını vurğulayıb:
"Təklif gəlsə, yaxşı dəyərləndirərəm. Heç bir problem yoxdur. Amma mövzuya, sözlərə və musiqiyə baxmaq lazımdır.”
Qeyd edək ki, dünən "MaNga” qrupunun Bakı Konqres Mərkəzində konserti baş tutub.
Gənclər Kitabxanasında Xalq artisti, kinorejissor Eldar Quliyevin xatirəsi anılıb
Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub