Yanvarın 18-də cari tədris ili üzrə Respublika Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib. Bu mərhələdə Qarabağ regionu üzrə 1900-dan çox şagird iştirak edib.
Qarabağ Regional Təhsil İdarəsindən “İki sahil”ə verilən məlumata görə, fənn olimpiadaları 8,9,10,11-ci sinif şagirdləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə 7 mərkəzdə keçirilib.
Bu il ilk dəfə Ağdam rayon Xıdırlı kənd tam orta məktəbinin şagirdləri də olimpiadada iştirak ediblər.
Olimpiadanın rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə elan olunacaq.
İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb