Sumqayıt şəhərində polisə 24 min manat maddi vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsi haqqında məlumat verilib.
Daxili İşlər Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı İ.Quliyev saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Araşdırma zamanı İ.Quliyevin zərərçəkənə birgə biznes qurmaq vədi verərək onun qızıl-zinət əşyalarını satdığı və pulu ələ keçirdiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Firudin Qurbanov: Bu gün Azərbaycanlı gənclər dövlət proqramı vasitəsilə nüfuzlu universitetlərdə təhsil alırlar
Nazir şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib
Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram