Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyası məlumat yayıb.
Qeyd edilib ki, dünyanın nüfuzlu qış idman tədbirlərindən biri hesab olunan turnirdə peşəkar komandalar qalibiyyət uğrunda mübarizəyə başlayıblar.
Azərbaycan yarışda “Land of Fire” komandası ilə təmsil olunur.
Kitzbühel şəhərinin qış mövsümünə uyğunlaşdırılmış xüsusi qar örtüklü məşhur polo meydançasında təşkil olunan turnirdə poloçularımız ilk qarşılaşmada “Bentley” komandası ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 7:4 hesablı qələbəsi ilə bitib.
Qarüstü polo üzrə Dünya Kubokuna yanvarın 18-də yekun vurulacaq.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB