Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan barəsində davam edən istintaq çərçivəsində həbs qətimkan tədbiri seçilib.
“İki sahil” yeri mətbuata istinadən xəbər verir ki, onun həbsi tələbi ilə İstanbul prokurorluğu çıxış edib.
Belə ki, prokurorluqda ifadəsi alınan Ümit Karana qarşı lisenziyasız narkotik və ya stimullaşdırıcı maddələrin satışı, daşınması, alınması, qəbul edilməsi və saxlanması ittihamı irəli sürülüb.
Xatırladaq ki, sabiq futbolçu İstanbul polisi tərəfindən 18 şübhəli ilə birlikdə saxlanılıb. Şübhəlilərdən narkotik testi üçün qan və saç nümunələri götürülüb.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB