Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə vurğulandı ki, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı təkcə şəhər infrastrukturunun təkmilləşdirilməsi məqsədi daşımır – bu, eyni zamanda ətraf mühitin qorunması baxımından da mühüm sənəddir.
Prezident çıxışında bildirib ki, yağış və tullantı sularının effektiv və düzgün idarə olunmaması nəticəsində su basqınları, torpaq eroziyası, kanalizasiya sızmaları və ekoloji pozuntular yaranır. Yeni proqram bu risklərin qarşısını almağa, təmizləyici sistemlərin yenilənməsinə və şəhər ətraf mühitinin qorunmasına yönəlib.
Layihə çərçivəsində ərazilərin drenaj sistemləri təkmilləşdiriləcək, yeni kollektorlar çəkiləcək və mövcud çirkab suların təmizləyici qurğuları beynəlxalq standartlara uyğunlaşdırılacaq. Su hövzələrinin çirklənməsinin qarşısı alınacaq və təmiz suya çıxış daha geniş əhatəli olacaq.
Rauf Nəcəfov,
YAP Sədərək rayon təşkilatının məsləhətçi
Prezidentin İlham Əliyevin şəxsi uğurunu xalqın və Qarabağın gələcəyinə yönəldən əlamətdar qərar
Kamran Bayramov: Ermənistan tərəfinin revanşist mövqeyi bölgədə davamlı sülhə maneədir
Bir əsrdən artıq yaşı olan qardaşlıq: Bakının azadlığından Türk dünyasının həmrəyliyinə