Son günlər İranda iqtisadi böhran, eləcə də milli valyutanın dəyərinin kəskin enməsi fonunda ölkənin əksər şəhərlərdə etiraz aksiyaları baş qaldırıb. Narazılıqlar əsasən molla rejiminin sərt idarəetməsi, dini-siyasi hakimiyyətin cəmiyyətdə artan sosial-iqtisadi problemlərə adekvat cavab verə bilməməsi ilə əlaqələndirilir.
Yüzlərlə insanın həyatını itirdiyi aksiyalarda etirazçılar uzun illərdir ölkəni idarə edən molla rejiminin islahatlara getmədiyini və azadlıqları məhdudlaşdırdığını bildirirlər.
“İki sahil” “Qafqazinfo”ya istinadla dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın İranın ali lideri Seyid Əli Xameneiyə illər öncə elə yanındaca məsləhət xarakterli dediyi şeri təqdim edir:
Bir gün ağız qalır boş, bir gün dolu dad olur,
Gün var ki, heç zad olmaz, gün var ki, hər zad olur.
Bəxtin dursa, görərsən yadlar qohum-qardaşdır,
Amma bəxtin yatanda qohum-qardaş yad olur.
Çalış adın gələndə, rəhmət oxunsun sənə,
Dünyada səndən qalan axırda bir ad olur.
Gördün işin əyildi durma əkil, gözdən it,
Dostun görər darıxar, düşmən görər şad olur…
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, 2 vəzifəli şəxs həbs olunub