Bu gün danışdığımız mövzu siqh icmasına qarşı zorakılıqdır. Bu yalnız Hindistanla əhatələnmir. Hindistan bu zorakılığı indi digər ölkələrə də yaymağa çalışır. Zorakılığın əsas səbəbi siqhlərin Xalistan uğrunda siyasi iradəsini və hərəkatını boğmaqdır.
“İki sahil” xəbər verir ki, bu sözləri Siqh Federasiyasının sədri Bual Moninder Singh Bakıda “Hindistanda siqhlərə və digər azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
O bildirib ki, konfransda Hindistan dövlətinin tətbiq etdiyi ekstremal zorakılıq diqqətə çatdırılacaq. Bu zorakılıq icmaları təzyiq və əzab altında saxlamaq məqsədi daşıyır.
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, 2 vəzifəli şəxs həbs olunub