Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qahirə şəhərində "İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi" mövzusunda 36-cı beynəlxalq konfransda iştirak edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, Misir İslam Məsələləri üzrə Ali Şurasının təşkilatçılığı ilə yanvarın 19-20-də keçiriləcək konfrans çərçivəsində süni intellektin peşə fəaliyyətinə və etik dəyərlərə təsiri, eləcə də bu sahədə mövcud çağırışlar və perspektivlər müzakirə olunacaq.
Dövlət Komitəsi sədrinin tədbirdə çıxışı, həmçinin, Misirə səfəri çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi məqsədilə görüşləri nəzərdə tutulur.
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, 2 vəzifəli şəxs həbs olunub