ABŞ Müdafiə Nazirliyi Latın Amerikasının Rusiya və Çinlə əlaqələrini məhdudlaşdırmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Cənub Komandanlığının komandanı vəzifəsinə namizəd Frensis Donovan təsdiqləyib.
“Bu iki dövlət, ehtimal ki, ABŞ-ın Qərb yarımkürəsindən kənar rəqiblərin Latın Amerikasına daxil olmaq cəhdlərinin qarşısını almaq niyyətində olduğunu anlayır”, – deyə Donovan ABŞ qanunvericilərinin Rusiya və Çinlə bağlı suallarına cavabında bildirib.
Donovan, həmçinin ABŞ-ın Venesuelada münaqişə istəmədiyini, çünki bunun bölgədə qeyri-sabitlik yarada biləcəyini vurğulayıb. Bununla yanaşı, o, faktiki olaraq ABŞ administrasiyasının zərurət yaranacağı təqdirdə, Venesuelaya qarşı hərbi güc tətbiq etməyə hazır olduğunu da bildirib.
Hazırda Frensis Donovan ABŞ Dəniz Piyadaları Korpusunda general-leytenant rütbəsində xidmət edir.