Hökumət xarici valyuta resurslarının bölüşdürülməsində mövcud korrupsiya məsələsini həll etmək niyyətindədir və bu planın həyata keçirilməsi ilə bazarda stabilliyin bərpasından əlavə, insanların aşağı alıcılıq qabiliyyətinin artmasına şahid olacağıq.
“İki sahil” İran mediasına istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Onun sözlərinə görə, sənaye və kənd təsərrüfatı sektorlarındakı məhsullar üçün xammal istehsalını gücləndirmək, artırmaq da gözlənilir:
"Bu məqsədə çatmaqla ölkənin idxaldan asılılığını azaltmaqla yanaşı, ölkənin xarici valyuta ehtiyatlarının əhəmiyyətli bir hissəsi də qorunub möhkəmləndiriləcək".
Qeyd edək ki, İranda davam edən etirazlar rialın dəyərdən düşməsi ilə başlanıb. Çünki bu, alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Bunun nəticəsində sahibkarlar bazar və mağazaları bağlamaq qərarına gəliblər. Ardınca isə bu boykot İranın hər yerini əhatə edən aksiyalara çevrilib.