15 yanvar 2026 16:46
88

Rusiya ordusundan YENİ HƏRBİ TAKTİKA

Rusiya Silahlı Qüvvələrinin Dnepr çayının deltasında “Sirius-82” tipli pilotsuz (ekipajsız) katerlərdən istifadə etməyə əsaslanan yeni taktikası Ukrayna Silahlı Qüvvələrinin əməliyyat imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Polşanın "Interia" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda Ukrayna ordusu Dnepr bölgəsində desant əməliyyatları həyata keçirməyə cəhd göstərir. Lakin Rusiya tərəfinin pilotsuz katerlərdən istifadə etməsi bu cəhdləri xeyli mürəkkəbləşdirə bilər.

Məqalədə vurğulanır ki, Dnepr çayının minalanması və ekipajsız katerlərdən istifadənin tətbiqi Ukrayna hərbçilərinin manevr imkanlarını məhdudlaşdırır və onların əməliyyat risklərini artırır.

"Interia" yazır ki, bu cür taktika çayın keçilməsi və sahil zonalarında mövqe tutulması prosesini Ukrayna üçün daha təhlükəli və çətin edir.