Ermənistan Azərbaycan və Türkiyə sərhədlərindək olan dəmir yolu hissələrinin bərpasına köməklik göstərməsi üçün Rusiyaya müraciət edib.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan yanvarın 15-də Yerevanda keçirdiyi brifinqdə məlumat verib.
Paşinyanın sözlərinə görə, o, artıq bu mövzunu Rusiya prezidenti Vladimir Putinlə, eləcə də iki dövlətin hökumət nümayəndələri səviyyəsində müzakirə edib.
"Biz Rusiya Federasiyasındakı tərəfdaşlarımızın reaksiyasını gözləyirik. Prosesin gedişi ilə bağlı əlavə məlumat veriləcək. Biz Rusiya Federasiyasından olan tərəfdaşlarımızdan bu məsələ ilə bağlı qərar qəbul etmələrini xahiş edirik", - deyə Paşinyan qeyd edib.